Təbiətin qoynunda macəra dolu istirahət-Dekoriza Glamping

About hotel image

İsmayıllı rayonunun füsunkar Qalacıq kəndində yerləşən Dekoriza Glamping, şəhər səs-küyündən uzaq, təbiətin sakitliyini komfortla birləşdirən mükəmməl istirahət məkanıdır.

Buradakı iki mərtəbəli A-frame evlər həm rahatlığı, həm də estetik görünüşü ilə fərqlənir.
Yuxarı mərtəbədə iki nəfərlik yataq, aşağıda isə iki tək çarpayı və geniş qonaq otağı sizi gözləyir. Evdə hər zövqə uyğun tam təchizatlı mətbəx, istirahət üçün rahat divan və zövqlü interyer mövcuddur.

Dekoriza Glamping-də həm standart, həm də jakuzili evlər mövcuddur. Hər evin özəl həyəti, besedkası, ocaq ətrafı söhbətgahı və yelləncəyi var — ailəniz və dostlarınızla təbiətin qoynunda dincəlmək üçün ideal şərait yaradılıb.

Əlavə əyləncələr də sizi gözləyir:
🏍 Kvadrasikl turları
🔫 Airsoft atış oyunları
🚴‍♀ Velosiped sürüşü
🏐 Voleybol və futbol meydançaları

Yaşayış qaydaları

Təbiətin qoynunda, komfortdan vazkeçmədən istirahət etmək istəyənlər üçün mükəmməl məkandır. Burada siz həm təbiətin sakitliyini, həm də otel rahatlığını eyni anda yaşayacaqsınız. Jakuzi, manqal, airsoft və digər əyləncəli fəaliyyətlərlə dolu unudulmaz bir təcrübə sizi gözləyir. 🌿✨

Giriş saatı 14:00
Çıxış saatı 12:00
Rezervasiyanın ləğvi

50% öncədən ödəmə karta və ya ofisimizə yaxınlaşaraq ödəyə bilərsiniz
50% qapıda ödəmə olacaq 
Xatırladaq ki, 48 saata qədər imtinalarda ümumi qiymətin 20% tutulur
48 saatdan az qaldıqda isə depozit ləğv olunur

Qaydalar və şərtlər

50% öncədən ödəmə karta və ya ofisimizə yaxınlaşaraq ödəyə bilərsiniz
50% qapıda ödəmə olacaq 
Xatırladaq ki, 48 saata qədər imtinalarda ümumi qiymətin 20% tutulur
48 saatdan az qaldıqda isə depozit ləğv olunur